Direktor müavini: "Son 10 ildə Azərbaycanda sinir sistemi xəstəlikləri 15 faiz artıb"

Sağlamlıq
  • 19 dekabr, 2019
  • 12:27
Direktor müavini: Son 10 ildə Azərbaycanda sinir sistemi xəstəlikləri 15 faiz artıb
Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktor müavini Rafail Daşdəmirov
Report / Elchin Murad

''Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən, ürək-damar xəstəlikləri səbəbindən hər il dünyada 18 milyon insan ölür''.

''Report'' xəbər verir ki, bunu Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktor müavini Rafail Daşdəmirov "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda bu gün keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət o qədər qənaətbəxş deyil: ''Son 10 ildə ölkəmizdə qan dövranı xəstəlikləri 5 faiz, tənəffüs orqanları xəstəlikləri 11 faiz, sinir sistemi xəstəlikləri 15 faiz, o cümlədən şəkərli diabet 3,7 dəfə artıb. Ürək-damar xəstəliklərinin artmasına, əsasən, yüksək təzyiq, yaş faktoru təsir edir. Kişilərdə 40 yaşından yuxarı, qadınlarda isə 50 yaşından yuxarı psixi emosional yüklənmə, irsi meyillilik, şəkərli diabet, piylənmə, tütündən istifadə risk faktorudur".

Son xəbərlər

Bütün Xəbər Lenti