Cərrah: "Liv Bona Dea Hospital"ında 12 xəstə üzərində qaraciyər transplantasiyası əməliyyatı keçirilib"

Cərrah: "Liv Bona Dea Hospital"ında 12 xəstə üzərində qaraciyər transplantasiyası əməliyyatı keçirilib" "Liv Bona Dea Hospital"ında aralarında azyaşlı olmaqla 12 xəstə üzərində canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.
Sağlamlıq
3 Sentyabr , 2022 12:47
Cərrah: Liv Bona Dea Hospitalında 12 xəstə üzərində qaraciyər transplantasiyası əməliyyatı keçirilib
Eldar Əhmədo

"Liv Bona Dea Hospital"ında aralarında azyaşlı olmaqla 12 xəstə üzərində canlı donordan qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

“Report” xəbər verir ki, bunu "Liv Bona Dea Hospital"da keçirilən mətbuat konfransında hospitalın cərrah-transplantoloqu Eldar Əhmədov deyib.

Transplantasiyanın çox böyük bir professionallıq tələb etdiyini bildirən cərrah bildirib ki, bu işdə ən başda peşəkar komandanın olması əsas şərtdir:

“Qaraciyər transplantasiyası tibbdə ən çətin əməliyyatlardan sayılır. Biz ölkəmiz adına bu kimi çətin əməliyyatları müvəffəqiyyətlə icra etdiyimiz üçün qürur duyuram. Biz bu müddət ərzində 12 xəstəmiz üzərində canlı donordan transplantasiya əməliyyatı icra etdik.

Onların hamısının əməliyyatı uğurla başa çatdı. Qürurla deyə bilirik ki, Azərbaycanda bu işləri həyata keçirəcək peşəkar komanda var”.

Son xəbərlər

Orphus sistemi