Bu zərərli vərdişə malik insanlar 10 il daha az yaşayır

Bu zərərli vərdişə malik insanlar 10 il daha az yaşayır Respirator xəstəlik, xərçəng və ürək-damar xəstəliklərinə düçar olma riski gündə hər çəkilmiş siqaretlə artır
Sağlamlıq
10 Avqust , 2020 11:27
Bu zərərli vərdişə malik insanlar 10 il daha az yaşayır
0 : 00
0 : 00

Respirator xəstəlik, xərçəng və ürək-damar xəstəliklərinə düçar olma riski gündə hər çəkilmiş siqaretlə artır.

“Report” “Eurekalert”ə istinadən xəbər verir ki, bu qənaətə Cənubi Avstraliya Universitetinin alimləri gəlib.

Məlumata görə, araşdırmaçıların apardığı yeni tədqiqtdan 150 mindən çox insanın məlumatları təhlil edilib.

Alimlər belə qənaətə gəlib ki, hər çəkilmiş siqaret (söhbət böyük siqaretçəkmə stajindan gedir) bir sıra xəstəliklərə yoluxma riskini 30% və daha çox artırır. Həmçinin uzunmüddətli siqaretçəkmə emfizem (bədənin hər hansı yerində qazların toplanması xəstəliyi) riskini 17 dəfə, ateroskleroz riskini isə 8 dəfə artırır. Bundan başqa, ağciyərlərin xərçəngi riskini də əhəmiyyətli dərəcədə yüksəlir.

Tədqiqatçı Elina Hipponenin sözlərinə görə, siqaret çəkən insanlar zərərli vərdişi olmayanlardan 10 il daha az yaşayırlar.

Son xəbərlər

Orphus sistemi