Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb
Sağlamlıq
- 04 sentyabr, 2024
- 11:22
Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülməsi əməliyyatı icra olunub.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, 21 nəfərə sümük iliyi, 49 nəfərə gözün buynuz qişası köçürülüb: “Bütün rəqəmlər keçən illə müqayisədə artıb”.
Mərkəz sədri bildirib ki, bu gün ölkədə 600-ə yaxın şəxs orqan köçürülməsi ilə bağlı donor gözləyir: “Hazırda ölkədə ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var. Belə ki, bu gün dializ alan şəxslərin sayı 4 mindir. İkinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələri gəlir. Bu köçürülmə üçün mütləq canlı donor lazımdır”.
Son xəbərlər
12:17
Bakıda evdə partlayış zamanı iki nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə12:14
Qəzza zolağının texnokrat başçısı razılaşdırılıb
Digər ölkələr12:13
Azərbaycan və ABŞ TRIPP layihəsinin sürətləndirilməsini müzakirə edib
İnfrastruktur12:11
Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələbi son oxunuşda qəbul edilib
Milli Məclis12:10
Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddinin artırılması təklifi son oxunuşda qəbul edilib
Milli Məclis12:10
Deputat: "Milli iqtisadiyyata xarici sərmayələr daha çox cəlb ediləcək"
Biznes12:10
Foto
"Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş" layihəsi uğurla yekunlaşıb
Daxili siyasət12:09
"İçərişəhər"də yaxın illərdə süni intellektlə işləyən studiyalar yaradılacaq
İKT12:07