Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub

Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub Azərbaycan səhiyyəsinə rəhbərlik edən şəxslərə koronavirus əleyhinə peyvənd vurulub.
Sağlamlıq
18 Yanvar , 2021 11:06
Oqtay Şirəliyev,  Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
0 : 00
0 : 00

Azərbaycan səhiyyəsinə rəhbərlik edən şəxslərə koronavirus əleyhinə peyvənd vurulub.

"Report"un xəbərinə görə, bu gün səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev vaksinasiya olunublar.

Onlara Bakı Sağlamlıq Mərkəzində vaksin vurulub.

10:50

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulacaq.

"Report" xəbər verir ki, nazir bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biridir.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də gün ərzində vaksinasiya olunacaqlar.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Son xəbərlər

Orphus sistemi