BMT Baş katibi Yeni il münasibətilə dünya əhalisinə müraciət edib

BMT Baş katibi Yeni il münasibətilə dünya əhalisinə müraciət edib BMT Baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya əhalisinə müraciət edib.
Sağlamlıq
29 Dekabr , 2021 11:29
BMT Baş katibi Yeni il münasibətilə dünya əhalisinə müraciət edib
Antonio Quterreş

BMT Baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya əhalisinə müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Dünya 2022-ci ili gələcəyə olan ümidlərimizin sınağa çəkildiyi bir dönəmdə qarşılayır. Yoxsulluq artır və bərabərsizlik daha da dərinləşir. COVID-19 əleyhinə peyvəndlər qeyri-bərabər paylanır. İqlimlə bağlı öhdəliklər yerinə yetirilmir. Münaqişələr, parçalanma və yanlış məlumatların yayılması hələ də davam edir. Bunlar təkcə siyasətlə bağlı sınaqlar deyil. Bunlar əxlaq və real həyat sınaqlarıdır. Əgər 2022-ci ili hər kəs üçün bərpa ili edə bilsək, bunlar bəşəriyyətin aşa biləcəyi sınaqlardır: hər yerdə hər kəsi peyvənd etmək üçün ciddi bir planla pandemiyadan bərpa olunmaqla, varlı ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə, sərmayə və borcların azaldılması ilə bağlı yardımı ilə iqtisadiyyatımızı bərpa etməklə, elmə, faktlara və məntiqə əsaslanan yeni yanaşma ilə inamsızlığa və bölücülüyə son qoymaqla, dialoq, güzəşt və barış ruhunun yenilənməsi ilə münaqişələrin fəsadlarını aradan qaldırmaqla, habelə iqlim böhranının miqyası və aktuallığına uyğun öhdəliklər götürməklə planetimizi bərpa etməklə".

BMT Baş katibi hesab edir ki, böyük çətinliklər həm də böyük fürsətlər zamanıdır: "Həmrəy olub bir araya gəlmək üçün hər kəsə faydalı olacaq həll yolları naminə birləşmək üçün, bəşəriyyəti n əldə edə biləcəyi nailiyyətlərə ümid edərək birlikdə irəliyə getmək üçün gəlin bərpa prosesini 2022-ci ilin əsas məqsədi elan edək. İnsanlarımız, planetimiz və firavanlığımız üçün. Hamınıza xoşbəxt və dinc Yeni il arzulayıram".

Son xəbərlər

Orphus sistemi