Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı

Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edib.
Sağlamlıq
18 Yanvar , 2021 10:17
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı

Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etsinlər və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıdakılardır:

-xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması;

-ümumi xəstələnmə hallarının 20 faizi orta ağır, ağır və kritik kliniki gedişatlı və letallıq səviyyəsinin 3 faizdən yuxarı olması (bəzi ölkələrdə 10-15 faizə qədər);

-iqtisadi inkişafından asılı olaraq ölkələrin ictimai səhiyyə sistemlərinin yüksək səviyyədə yüklənməsi nəticəsində yaranmış pandemiyaya hazır olmaması; -yeni COVID-19 xəstəliyinə qarşı xüsusi müalicə üsullarının olmaması.

2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır.

Bununla yanaşı pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir.

Azərbaycan Respublikasının ərazisində pandemiya başladığı dövrdən (2020-ci il 28 fevral tarixində ölkədə COVID-19-un ilk müsbət halı qeydə alınmışdır) 2021-ci ilin yanvar ayının 15-nə 226.549 nəfərdə yoluxma hadisəsi qeydə alınmışdır.

Yoluxanlar arasında xəstəliyi ağır keçirənlər 6 faiz, ölüm halı isə 1,1 faiz təşkil edir. Yanaşı xroniki xəstəlikləri, zərərli vərdişləri olan, 65 yaşdan yuxarı olan, ağır çəkili və immunsupressiv dərman istifadə edən və s. kimi xüsusiyyətləri ilə seçilən şəxslər bu xəstəliyi ağır formada keçirir və onlar arasında ölüm faizi yüksəkdir. Bu baxımdan əhali arasında yoluxma səviyyəsinin aşağı enməsi ilə yanaşı, yoluxan şəxslər arasında xəstəliyi kritik keçirənlərin sayının azaldılması da önəmlidir.

Pandemiyanın davam edilməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll etməsini nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olmasını bəyan edilmişdir.

Hazırda bir sıra ölkələrdə yeni hazırlanmış vaksinlərin müxtəlif kliniki sınaq mərhələləri istiqamətində müşahidələr aparılır. Gözlənilir ki, vaksinasiya nəticəsində SARS-CoV-2 virusunun ötürülmə zəncirinin pozulması insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına və mövcud xəstəliyin səhiyyə sisteminə mənfi təsirinin aradan qaldırılmasına səbəb olacaqdır. COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında işlənilib hazırlanılır. Gözlənilir ki, müsbət kliniki sınaqlar nəticəsində insan orqanizminə tam təhlükəsiz və virusa qarşı maksimal dərəcədə effektivliyi təsdiq olunduğu halda vaksinlərin istifadəyə verilməsi mümkün olacaqdır.

Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir.

Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın (bundan sonra – Strategiya) qəbul edilməsini zəruri edir.

Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

  1. Strategiyanın qanunvericilik bazası

2.1. Strategiyanın qanunvericilik bazasının “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Bu Qanunun 3-cü maddəsinə əsasən immunoprofilaktika sahəsinə aid olan dövlət siyasətinin icrası aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 2.1.1. bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi;

2.1.2. dövlət və bələdiyyə tibb müəssisələrində əhalinin profilaktik vaksinasiyasının pulsuz aparılması;

2.1.3. məqsədli dövlət proqramlarının və regional proqramların həyata

keçirilməsi;

2.1.4. müəyyən edilmiş vaksinlərin təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti;

2.1.5. COVID-19 vaksininin seçilməsi sahəsində dövlət nəzarəti;

2.1.6. vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;

2.1.7. əhali arasında maarifləndirmə tədbirlərinin aparılması;

2.1.8. vaksinasiyaya hazırlıq mərhələsində tibb müəssisələrinin və tibb

işçilərinin hazırlığının təmin edilməsi;

2.1.9. vaksinasiya dövründə real əksgöstərişlər olduqda imtina səbəbinin yazılı şəkildə bildirilməsi;

2.1.10. gözlənilməyən və qeyri-müəyyən postvaksinal fəsadlar baş verdikdə vətəndaşların tibbi və sosial müdafiəsi;

2.1.11. vaksinasiyanın əhaliyə yarada biləcəyi fəsadların yaranma risklərinin nəzərə alınması;

2.1.12. mövcud statistik müşahidə sisteminin təkmilləşdirilməsi;

2.1.13. vaksinasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

2.2. Həmin Qanunun 6-cı maddəsinə uyğun olaraq, profilaktik vaksinlərə aid tələblər sırasında vətəndaşların razılığı əsasında aparılması, həmçinin profilaktik vaksinlərin dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılması müəyyən olunmuşdur. Profilaktik vaksin - yoluxucu xəstəliklərə qarşı spesifik immunitetin yaradılması üçün insan orqanizminə tibbi immunoloji preparatların yeridilməsidir.

  1. Azərbaycan Respublikasında vaksinasiya tədbirlərinin keçirilməsinin iqtisadi əsaslandırılması

COVID-19 xəstəliyinin törədicisi SARS-CoV-2 virusunun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır. Ölkədə sosial təcrid tədbirləri nəticəsində iqtisadiyyatın əksər sahələrində yaranan çətinliklər işgüzar aktivliyə və iqtisadi artıma mənfi təsir göstərmişdir.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılmışdır.

Bununla belə, 2020-ci ildə əvvəlki illə müqayisədə ÜDM istehsalı 4,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda isə 2,6 faiz azalmış, ixracın həcmi ötən illə müqayisədə 30 faiz, o cümlədən qeyri-neft ixracı 5,2 faiz, idxalın həcmi isə 21,4 faiz azalmışdır. Ölkə əhalisinin 2020-ci ildə nominal gəlirləri əvvəlki illə müqayisədə 1,8 faiz azalmışdır.

Eyni zamanda, hazırda ölkədə pandemiyanın davam etməsi və son dövrlərdə xəstəliyin səviyyəsinin artması bu istiqamətdə hökumətdən əlavə iqtisadi və sosial dəstək paketinin icrasını, zərər çəkən iqtisadi sahələrin və sahibkarlıq subyektlərinin dəstəklənməsini, qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini zəruri edir. Habelə, digər ölkələrdə də davamlı olaraq infeksiyanın sürətlə yayılmasının müşahidə edilməsi ölkə ərazisində sərt karantin tədbirlərinin yenidən tətbiqinə və sosial təcrid tədbirlərinin sərtləşdirilməsinə səbəb olur.

Ölkədə insanların sağlamlığının qorunması, az vəsaitlə pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi daha məqsədəmüvafiq hesab edilir.

  1. Strategiyanın məqsədi

4.1. Strategiyanın məqsədi hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.

4.2. Strategiyanın digər məqsədi ilk mərhələdə Azərbaycan Respublikasının əhalisinin mühüm və yüksək risk qruplarının, növbəti mərhələdə isə 8-ci bölmədə qeyd olunan əhalinin digər qruplarının vaksinasiyasını həyata keçirməkdir.

  1. Strategiyanın prinsipləri

5.1. COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün

Strategiya aşağıdakı prinsiplərə əsaslanır:

5.1.1. könüllülük- mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək vətəndaşın özünün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməsi;

5.1.2. təhlükəsizlik- əhalinin sağlamlığının qorunması və SARS-CoV-2 virusunun törətdiyi COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksinin seçilməsi;

5.1.3. şəffaflıq- vaksinasiya prosesinin maliyyələşdirilməsi (dövlət büdcəsi, Koronavirusla Mübarizəyə Dəstək Fondu və s.) və icrası barədə məlumatların əhaliyə şəffaf və əlçatan olması;

5.1.4. mərhələlilik- Strategiyanın hazırlıq, icra və vaksinasiyadan sonrakı mərhələlər şəklində ardıcıllıqla həyata keçirilməsi;

5.1.5. ədalətlilik- pandemiya ilə mübarizədə vaksinasiya hər bir fərd üçün (risk qruplarına prioritetlik verilməklə) onun gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparılması;

5.1.6. məsuliyyət-vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasiya proqramının məsuliyyətli və vaxtında icra edilməsi;

5.1.7. əməkdaşlıq- pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq əlaqələrinin qurulması.

  1. Strategiyanın hədəfi

6.1. Strategiyanın əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılmasıdır. Bu hədəfə nail olmaq üçün aşağıdakı addımlar atılmalıdır:

6.1.1. əhalinin ictimai cəhətdən mühüm və tibbi cəhətdən yüksək risk qruplarının maksimal dərəcədə vaksinasiya ilə əhatə olunması.

  1. Strategiyanın vəzifələri

7.1. Strateji hədəflərə nail olmaq üçün Strategiyanın aşağıdakı vəzifələri müəyyən olunur:

7.1.1. vaksinasiyanın həyata keçirilməsində Strategiyaya, mövcud qanunvericilik bazasına, ÜST-ün tövsiyələrinə və beynəlxalq təcrübəyə əsaslanması;

7.1.2. əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;

7.1.3. vaksinasiya üzrə bütün beynəlxalq əməkdaşlıq platformalarından

effektiv istifadə edilməsi;

7.1.4. vaksinasiyanın hazırlıq mərhələsində, həyata keçirilməsində və postvaksinal dövründə mövcud səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi;

7.1.5. vaksinasiya nəticələrinin qiymətləndirilməsi istiqamətində qısa və uzunmüddətli monitorinq indikatorlarının hazırlanması və tətbiq edilməsi.

  1. COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunan əhali qrupları

8.1. Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir.

8.2. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

8.3. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

8.3.1. sosial:

  1. səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
  2. hüquq mühafizə orqanlarının əməkdaşları;
  3. hərbi qulluqçular;
  4. saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
  5. təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

8.3.2. tibbi:

  1. yaşlı əhali ≥65;
  2. TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Mərhələlər üzrə COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunan əhali qrupları

Vaksinasiyanın mərhələsi

Əhali qrupları

1-ci mərhələ

  1. Səhiyyə işçiləri
  1. 65 yaşdan yuxarı şəxslər
  2. Hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb

olunan heyət

2-ci mərhələ

  1. Tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar)
  1. 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər
  1. Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank

sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi

  1. Yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər
  1. COVID-19 xəstəliyi əleyhinə vaksinlərin seçim meyarları

9.1. Vaksin preparatlarının seçimində aşağıdakı meyarlar əsas götürülür:

9.1.1. vaksin preparatlarının təhlükəsizliyi (vaksinasiyadan sonra baş verə biləcək mümkün reaksiya və ağırlaşmaların sayı minimum olanlar);

9.1.2. vaksin preparatlarının effektivliyi (vaksinasiyadan sonra insan orqanizminin immun statusu həmin infeksiyaya qarşı müqavimət göstərməyə yetərli olanlar).

9.2. Vaksinlərin seçimi beynəlxalq standartlara uyğun olaraq Faza 3 kliniki sınaqların nəticələri əsasında bu məqsədlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” tərəfindən xüsusi yaradılmış (tərkibində nüfuzlu ixtisaslaşmış alimlər, tibb mütəxəssisləri və beynəlxalq ekspertlər olmaqla) komissiyanın rəyi əsasında aparılır. Həmin rəyə əsaslanaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksinin seçiminin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.

9.3. Ölkədə epidemioloji vəziyyətin kəskinləşməsi baş verdikdə (əhali arasında yoluxmanın mühüm dərəcədə gərginləşməsi, xəstələnmə halları arasında ağır gedişli və ölümlə nəticələn xəstələnmələrin səviyyəsinin əhəmiyyətli dərəcədə artması, bununla bağlı əhalinin ümumi sağlamlığının qorunması sahəsində tədbirlərin kifayət etməməsi) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinə qarşı fövqəladə hal kimi təcili vaksinasiyanın aparılması təklifi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edə bilər.

  1. COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə məlumat

10.1. ÜST COVID-19 xəstəliyinə qarşı mübarizədə əksepidemik tədbirlər sırasında effektiv vaksinin hazırlanmasını və istifadəsini ən effektiv üsul hesab edir və təşkilatın məlumatına əsasən dünyada 200-ə yaxın vaksin-namizəd üzərində 35 kompaniya və kliniki-elmi laboratoriyalar tərəfindən müvafiq işlər aparılır. Bunlardan üçü CEPİ tərəfindən dəstəklənir. İstehsala hazır 40 namizəd insanlar üzərində müxtəlif sınaq mərhələsində və yalnız 7 vaksin 3-cü klinik sınaq mərhələsindədir.

V

AKSİNLƏRİN TEXNOLOJİ PLATFORMALARI

Platforma

Üstünlükləri və çatışmazlıqları

Seçilmiş zülal əsasında

Texniki cəhətdən təhlükəsizliyi ilə fərqlənir, tərkibində yalnız virusun seçilmiş zülalı olur. İmmunitetin tam formalaşması üçün bir neçə dəfə daxil edilir

Virusa bənzər hissəciklər

Bu platformada hazırlanan vaksin virusa məxsus bir neçə zülal əsasında hazırlanır, tam təhlükəsizdir, lakin texniki cəhətdən mürəkkəbliyi ilə fərqlənir və kütləvi vaksinasiya üçün

əsasında hazırlanır

hazırlanması nəzərdə tutulmur

DNA və RNA

vaksinləri

Bu vaksinlərin hazırlanmasının elmi və kliniki əsasları tam öyrənilməmişdir

Vektor əsasında (replikasiya olunan

və replikasiya olunmayan)

Bu tip vaksinin texnologiyası insan orqanizminə neytral tanınan virusu vektor kimi istifadə etməklə onun strukturuna SARS-CoV-2 virusunun kiçik zülal zənciri daxil edilir. İmmun cavabın alınması və effektivliyi yalnız klinik sınaqlar nəticəsində müəyyən oluna bilər

Zəifləşmiş canlı virus və inaktiv virus əsasında

Klassik texnoloji platforma əsasında hazırlanır və məlum effektivliyi ilə fərqlənir. İnaktivləşdirilmiş virusu olan vaksin uzunmüddətli immunitetin formalaşması üçün bir neçə dəfə daxil edilməlidir. Zəifləşmiş canlı virus birdəfəlik istifadəsi nəzərdə tutulur, lakin insan orqanizmində müəyyən xəstəlik yarada bilər

  1. Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər

11.1. Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər aşağıdakılardır:

11.1.1. “Soyuq zəncir” şəraiti - vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması;

11.1.2. məlumat bazası - COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması və digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və məlumat bazasında toplanılan bütün məlumatların təhlil edilməsi;

11.1.3. vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi;

11.1.4. pasportlaşdırma - yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanması.

  1. Strategiyanın maliyyələşdirilməsi

12.1. Strategiyanın maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata

keçirilir:

12.1.1. vaksinlərin alınması üçün ödənişlər – Azərbaycan Respublikasının

Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanılmış vəsaitlər hesabına;

12.1.2. vaksinasiyaya dair digər tədbirlərinin keçirilməsi üçün ödənişlər – müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” bölməsidə nəzərdə tutulmuş vəsait hesabına.

12.2. Strategiyanın maliyyələşdirilməsi üçün qanunvericiliklə qadağan olunmayan digər maliyyə mənbələrindən də istifadə edilə bilər.

  1. Strategiyanın əsas fəaliyyət istiqamətləri

13.1. Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri həm səhiyyə sisteminin, həm də digər aidiyyəti dövlət qurumlarının hazırlığını nəzərə alaraq, onların reallaşdırılması üçün mərhələli şəkildə keçiriləcək tədbirlərini, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir.

13.2. Strategiyanın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

13.2.1. vaksinasiya prosesinin və infrastrukturunun hazırlanması;

13.2.2. maliyyələşdirilmə;

13.2.3. qiymətləndirmənin keçirilməsi;

13.2.4. vaksinlərin seçilməsi;

13.2.5. vaksinlərin saxlanılması üçün müvafiq şəraitin yaradılması;

13.2.6. vaksinlərin alınması və ölkəyə gətirilməsi;

13.2.7. vaksinasiya məntəqələrinin hazırlanması və vaksinlərin paylanılması;

13.2.8. vaksinasiyanı icra edən operativ heyətin təlimi;

13.2.9. vaksinasiyanın həyata keçirilməsi;

13.2.10. vaksinasiya tədbirlərinə nəzarət edilməsi;

13.2.11. postvaksinal dövrdə monitorinq və qiymətləndirilmənin aparılması;

13.2.12. əhalinin mütəmadi olaraq maarifləndirilməsi.

  1. Vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sisteminin yaradılması

14.1. Strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli və zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir.

14.2. Monitorinq və qiymətləndirilmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar olunması, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlarla təmin etməlidir.

14.3. Proses və nəticə indikatorlarının müəyyən edilməsi:

1. tibbi göstəricilər üzrə; 2. epidemioloji vəziyyət üzrə;

3. iqtisadi göstəricilər üzrə.

14.4. Mütəmadi monitorinq və qiymətləndirmə prosedurları:

  1. vətəndaşlar üzrə;
  2. məntəqə və bölgələr üzrə;
  3. xidmət keyfiyyəti üzrə.

14.5. İcraya nəzarət və problemlərin vaxtında aradan qaldırılması:

  1. tibbi heyət üzrə;
  2. vaksinlər üzrə;
  3. məsul qurumlar üzrə.

14.6. Monitorinq və qiymətləndirilmə üzrə dəstək fəaliyyətləri:

  1. “Soyuq zəncir” üzrə;
  2. məlumat bazası və təhlil üzrə;
  3. maarifləndirmə üzrə.

15. Strategiyanın mərhələli şəkildə həyata keçirilməsinə dair

2021-2022-ci illər üzrə

FƏALİYYƏT PLANI

Sıra №-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti (illər üzrə)

1

2

3

4

15.1. COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya hazırlıq mərhələsi

15.1.1.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya çərçivəsində koordinasiya mexanizmlərinin yaradılması

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

2021

15.1.2.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiyanın aparılmasına dair zəruri metodiki tövsiyələrin və klinik protokolların hazırlanması

Səhiyyə Nazirliyi

İTSDA

2021

15.1.3.

Vaksinasiya dair hesabat formalarının

(statistik, epidemioloji və s.) hazırlanması

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

2021

15.1.4.

Mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazasının yaradılması

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

ƏƏSMN, VXSİDA

2021

15.1.5.

COVID-19 xəstəliyi əleyhinə vaksinin müəyyən edilməsi və alınması üçün maliyyələşdirmənin təmin edilməsi

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi,

İTSDA

2021-2022

15.1.6.

Respublika səviyyəsində immunobioloji preparatların (vaksinlərin) saxlanılması üçün müəyyən edilmiş anbarlarda “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədilə texniki infrastrukturun təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

2021-2022

15.1.7.

Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi üçün müvafiq laborator bazanın təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

2021-2022

15.1.8.

İstifadə olunmuş vaksinasiya materiallarının, şprislərin və vaksinasiya zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi üçün mexanizmin hazırlanması

Səhiyyə Nazirliyi,

ETSN,

İTSDA, TƏBİB

2021-2022

15.1.9.

Yerlərdə tibb işçiləri üçün epidemioloji və laborator nəzarətə aid təlimatların hazırlanması və onlara əsasən təlimlərin keçirilməsi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

2021-2022

1

2

3

4

15.1.10.

Vaksinasiya prosesinin mütəmadi monitorinqi və qiymətləndirilməsi üçün zəruri indikatorlar daxil olmaqla, monitorinq və qiymətləndirmə planının işlənib hazırlanması

Səhiyyə Nazirliyi,

İTSDA,

TƏBİB

2021-2022

15.1.11.

Mühüm və yüksək risk qruplarının COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyasından əvvəl

(vaksin istehsalçısının tövsiyələrinə əsasən) seroloji skrininqin aparılması üçün tələb olunan tibbi ləvazimatlarla təmin edilməsi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Maliyyə Nazirliyi

2021-2022

15.1.12.

Vaksinasiya prosesinin monitorinq nəticəsində aşkarlanan çatışmazlıqların dərhal aradan qaldırılması üçün mexanizmlərin hazırlanması və tətbiqi

Səhiyyə Nazirliyi,

İTSDA,

TƏBİB

2021-2022

15.1.13.

ÜST-ün və bu sahədə fəaliyyət göstərən müvafiq beynəlxalq qurumların sübuta əsaslanan təcrübə və tövsiyələrinə əsasən, yoluxucu xəstəliklərin profilaktikası və COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyaya dair yeni metodikaların müəyyən edilməsi, onların tətbiqinin, səmərəliliyinin və effektivliyinin sınaqdan keçirilməsi, müvafiq elmi araşdırmalar və tədqiqatların aparılması, dəstəklənməsi və nəticələrinin təhlili

Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB,

AMEA

2021-2022

15.2. Ambulator-poliklinik müəssisələri səviyyəsində COVID-19 xəstəliyi əleyhinə vaksinasiya tədbirlərinin icrası

15.2.1.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələrinin dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılması

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

Ədliyyə Nazirliyi

2021

15.2.2.

Mühüm və yüksək risk qruplarının COVID-19 xəstəliyi əleyhinə vaksinasiyasından əvvəl (vaksin istehsalçısının tövsiyələrinə əsasən) seroloji skrininqin aparılması

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Maliyyə Nazirliyi,

Ədliyyə Nazirliyi

2021-2022

15.2.3.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya kampaniyasının icrası

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Ədliyyə Nazirliyi

2021-2022

15.2.4.

Vaksinasiya prosesində yarana bilən mümkün təcili və təxirəsalınmaz vəziyyətlərin həllinə yönləndirilmiş tədbirlərin görülməsi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Ədliyyə Nazirliyi

Vaksinasiya dövründə

1

2

3

4

15.3.Postvaksinal mərhələdə əhalinin immun vəziyyətinin monitorinqi və qiymətləndirmə

15.3.1.

Postvaksinal ağırlaşmaların qeydiyyatı və tədbirlərin görülməsi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Ədliyyə Nazirliyi

Postvaksinal dövr

15.3.2.

Vaksinasiyadan sonra COVID-19 infeksiyasına yoluxma hallarının araşdırılması

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Ədliyyə Nazirliyi

Postvaksinal dövr

15.3.3

Postvaksinal ağırlaşmaların təsnifatlaşdırılması (ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar üzrə)

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Ədliyyə Nazirliyi

Postvaksinal dövr

15.3.4

Aparılmış vaksinasiya nəticəsində epidemioloji vəziyyətin qiymətləndirilməsi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB,

Ədliyyə Nazirliyi

Postvaksinal dövr

15.4. Vaksinasiya ilə bağlı monitorinq və qiymətləndirmənin aparılması

15.4.1.

Vaksinasiya prosesinin mütəmadi monitorinqi

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

2021-2022

15.4.2.

Postvaksinal dövrdə monitorinq və qiymətləndirmənin aparılması ilə bağlı qeydə alınmış göstəricilərin təhlili (xəstələnmə səviyyəsi, yaranmış fəsadlar, (ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar və s.)

Səhiyyə Nazirliyi,

İTSDA, TƏBİB

2021-2022

15.5. COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı maarifləndirmə işi

15.5.1.

Kütləvi informasiya vasitələri və aidiyyəti qurumlar vasitəsilə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyanın təşviqi və əhalinin

məlumatlandırılması

Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB,

Milli Televiziya və Radio Şurası,

Milli Mətbuat

Şurası

2021-2022

Qeyd.

Strategiyanın 15.1.1-15.1.3-cü, 15.1.5-ci, 15.1.8-ci, 15.1.11-ci, 15.1.13-cü, 15.2.3-cü, 15.3.1-15.3.4-cü, 15.4.1-ci və 15.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi zamanı ÜST ilə əməkdaşlıq nəzərdə tutulmuşdur.

Abreviaturalar:

CEPI

Epidemiyaya hazırlıq sahəsində İnnovasiya Koalisiyası

COVID-19

Koronavirus xəstəliyi 2019

ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İTSDA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

KİV

Kütləvi İnformasiya Vasitələri

MERS

Yaxın Şərq Respirator Sindromu

SARS

Şiddətli Kəskin Respirator Sindrom

SARS-CoV-2

Şiddətli Kəskin Respirator Sindrom Koronavirus 2

TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

TSXX

Tənəffüs Sistemi Xroniki Xəstəlikləri

ÜDM

Ümumi Daxili Məhsul

ÜST

Ümumdünya Səhiyyə Təşkilatı

AMEA Azərbaycan Milli Elmlər Akademiyası

ƏN Ədliyyə Nazirliyi

ƏƏSMN Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

MN Maliyyə Nazirliyi

Son xəbərlər

Orphus sistemi