Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb

Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb İyulun 20-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 634 698-ə çatıb.
Sağlamlıq
1418
20 İyul , 2020 23:27
Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb

İyulun 20-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 634 698-ə çatıb.

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronaviruslu xəstələrin sayı 8 037-yə bərabərdir. Xəstələrdən 344 nəfəri reanimasiyadadır ki, onlardan da 58-i süni tənəffüs cihazına qoşulub.

Ötən gün isə süni tənəffüs cihazına qoşulanların sayı 63 nəfər idi.

Xatırladaq ki, iyulun 20-də Azərbaycanda koronavirus infeksiyasına daha 369 yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Son xəbərlər

Orphus sistemi