Azərbaycanda koronavirusa 2 yeni yoluxma qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Ölkədə bugünədək ümumilikdə 831 861 nəfər koronavirusa yoluxub. Onlardan 821 548 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 36 nəfərdir.
Son gündə 646, hazırkı dövrədək isə 7 626 218 test aparılıb.
Son sutkada koronavirus əleyhinə 18 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.
Bugünədək vurulan peyvəndlərin ümumi sayı 13 965 844, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 411 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 932, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 148, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 238 nəfərdir.