Azərbaycanda 1000-ə yaxın gənc piylənmədən əziyyət çəkir

Sağlamlıq
  • 02 mart, 2022
  • 11:21
Azərbaycanda 1000-ə yaxın gənc piylənmədən əziyyət çəkir

“Ana südü ilə qidalanan uşaqlarda piylənməyə daha az rast gəlinir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Endokrinoloqun sözlərinə görə, 6 aydan sonra əlavə qidaya keçəndə maksimum tərəvəz tərkibli yeməklər verilməlidir:

“Hazır qidalar və peçenyelərin kiçik yaşlı uşaqlara verilməsi yolverilməzdir. Telefon və televizor günümüzün əsas problemidir. Telefona baxa-baxa uşağa yemək yedirtməklə onun hərəkətsizliyi səbəbindən piylənmə riskini artırmış oluruq”.

A.Əkbərzadə qeyd edib ki, piylənmədən əziyyət çəkən və qeydiyyata düşən 13 yaşa qədər uşaqların sayı 1 126 nəfər təşkil edib:

“Onlardan 544 nəfəri qız uşaqlarıdır. Müraciətçilərdən 190-ı sırf 2020-ci ildə qeydiyyata alınanlardır. Günü gündən də müraciətçilərin sayı artır. 14-17 yaş arası 464 nəfər qeydiyyata alınır. Onlardan 130-u son ildə müraciət edənlərdir. 18-29 yaş arasında bu göstərici 977-dir. 30 yaşdan yuxarı şəxslərin sayı isə 4 443 nəfərdir. Bunun da 499 nəfəri son ildə müraciət edənlərdir”.

44 - Tezliklə