Azərbaycan İspaniya və Albaniyanın bəzi vilayətlərinə quş qripi ilə bağlı tətbiq etdiyi məhdudiyyəti götürüb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, İspaniya Krallığının Andalusiya muxtar icmasında Nyukasl, Albaniya Respublikasının Durres, Tirana, Kukes, Dibra vilayətlərində isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.