AQTA yeni layihəyə başlayır

AQTA yeni layihəyə başlayır BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarət sistemlərinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Milli qida təhlükə
Sağlamlıq
9 Dekabr , 2020 10:22
AQTA yeni layihəyə başlayır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarət sistemlərinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” adlı yeni layihəyə start verilib.

"Report" xəbər verir ki, layihə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və müvafiq ölkələrin qida təhlükəsizliyi sisteminə nəzərət edən qurumların iştirakı ilə ölkələrin ehtiyacları və regional perspektivlər nəzərə alınmaqla bir sıra ümumi problemlərin həllinə köməklik göstərəcək.

Layihə çərçivəsində qida məhsullarının təhlükəsizliyi sahəsində prioritet risklərin aradan qaldırılması, dövlət və özəl sektorlar üçün əlverişli şəraitin yaradılması, həmçinin regional səviyyəli fəaliyyətlərin davam etdiriləcəyi potensial inkişaf tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

“Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsi çərçivəsində qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi, risk kommunikasiyası və təhlili, risk əsaslı yoxlama və digər qida təhlükəsizliyinə dair mövzularda seminar, treninq və regional konfranslar həyata keçiriləcək. Həmçinin Türkiyə təcrübəsi əsasında layihə ölkələri arasında bilik və təcrübə mübadiləsinə yardım göstəriləcək.

Layihədə qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi və gigiyenası mövzusunda istehlakçıların məlumatlandırılması, sanitariya və fitosanitariya standartlarının tətbiq edilməsi potensialının artırılması, qida təhlükəsizliyinə nəzarəti həyata keçirən qurumların laboratoriya müayinə avadanlıqları və insan resursları potensialının inkişaf etdirilməsi hədəflənir.

Son xəbərlər

Orphus sistemi