AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb

AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb Bu günədək 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb.
Sağlamlıq
18 Aprel , 2024 10:19
AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb

Bu günədək 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda 24 ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək təsdiq olunub:

"Bunlardan 246 müəssisədə video inspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirilmə keçirilib. Rusiya (30), Belarus (30), Türkiyə (20), İran (5), Almaniya (5), Hindistan (4), Gürcüstan (3), Ukrayna (3), Polşa (2) və Latviyada (1) yerində qiymətləndirilmə həyata keçirilib. Aparılan qiymətləndirmə nəticələrinə əsasən, 6 müəssisədə gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyin müvafiq qərarı ilə imtina edilib”.

Q.Təhməzli həmçinin bildirib ki, Agentliyin kollegiyası Rusiya, Böyük Britaniyanın qida obyektləri üzrə təsdiq sisteminin, Türkiyənin isə müəyyən məhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlı müvafiq qərar qəbul edib:

"Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi