Alimlər yaxşı yuxu üçün əsas amili açıqlayıblar

Alimlər yaxşı yuxu üçün əsas amili açıqlayıblar Londonun Kral Kollecinin yuxu fizioloqu Qay Madouz bildirib ki, yatmaq və eyni vaxtda oyanmaq yuxunun keyfiyyəti üçün ən vacib amildir.
Sağlamlıq
18 Mart , 2024 08:57
Alimlər yaxşı yuxu üçün əsas amili açıqlayıblar

Londonun Kral Kollecinin yuxu fizioloqu Qay Madouz bildirib ki, yatmaq və eyni vaxtda oyanmaq yuxunun keyfiyyəti üçün ən vacib amildir.

Bu barədə “Report” “Daily Mail”ə istinadən xəbər verir.

O, qeyd edib ki, gecə istirahətinin müddəti ikinci dərəcəli əhəmiyyət kəsb edir.

Madouz səkkiz saat müntəzəm yuxuya can atmağın pis şey olmadığını qeyd edib.

Bununla belə, yuxunun keyfiyyətini təmin etmək üçün gecənin istirahət rejimi daha vacibdir. Bunu isə Melburndakı Monaş Universiteti, Harvard Tibb Məktəbi və Mançester Universitetinin alimlərinin araşdırmasının nəticələri sübut edir.

Alimlər araşdırmada iştirak edən 60 min insanın yuxu rejimini öyrəndikdən sonra müəyyən ediblər ki, müntəzəm olaraq yuxuya gedən və eyni vaxtda qalxan insanların bütün səbəblərdən ölüm riski 48 % azalıb. Həmçinin, ciddi gecə istirahət cədvəli ardiometabolik xəstəliklər (məsələn, insult və miokard infarktı) səbəbindən vaxtından əvvəl ölüm ehtimalını 22-57% azaltmağa kömək edib. Bununla belə, yüksək ümumi yuxu müddəti oxşar sağlamlıq faydalarını nümayiş etdirməyib.

Son xəbərlər

Orphus sistemi