PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Futbol
  • 21 oktyabr, 2026
  • 13:24
PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Fransanın PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliyanın sağ dizindəki ön çarpaz bağları qopub.

"Report" xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Gürcüstanlı oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir

Xatırladaq ki, X.Kvaratsxeliya İspaniya təmsilçisi "Barselona"nı məğlub etdikləri (4:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda zədələnib.

44 filmi