Alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar

Alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar Britaniyalı alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar.
Sağlamlıq
29 Dekabr , 2021 00:59
Alimlər omikronun insana daha bir mənfi təsirini aşkarlayıblar

Britaniyalı alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar.

"Report" xəbər verir ki, bu barədə “Express” nəşri COVID-19 xəstələrinin simptomlarını izləyən ZOE tətbiqinin hesabatına istinadən məlumat yayıb.

Araşdırmaya görə, koronavirusun əvvəlki ştamlarından fərqli olaraq, "omikron" yaddaş və düşüncədə problemlər yaradır.

Alimlər bu problemlərin tənəffüs, qan dövranı, ifrazat və bədənin digər sistemlərinin zədələnməsi nəticəsində yarandığını irəli sürürlər.

“Çay və ya qəhvə arasında seçim etmək kimi sadə görünən qərarlar bəzi insanlar üçün çaşqınlıq yarada bilər, digərlərində isə yaddaşla bağlı qısamüddətli və ya uzunmüddətli problemlər ola bilər”, - tədqiqatda deyilir.

Daha əvvəl bildirilirdi ki, "omikron" ştamı olan xəstələrdə əzələ ağrıları sağaldıqdan sonra bir il ərzində davam edə bilər.

Son xəbərlər

Orphus sistemi