Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alanların son durumu açıqlanıb

Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alanların son durumu açıqlanıb 31.01.2025-ci il tarixində saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Sağlamlıq
31 Yanvar , 2025 13:22
Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alanların son durumu açıqlanıb

Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.

Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi