Afaq Əliyeva: "Son günlərdə peyvəndlənmə ilə əlaqədar qızılca xəstəliyinin azaldığı müşahidə edilir"

Afaq Əliyeva: "Son günlərdə peyvəndlənmə ilə əlaqədar qızılca xəstəliyinin azaldığı müşahidə edilir" Son günlərdə peyvəndlənmə tədbirləri ilə əlaqədar qızılca xəstəliyinin azaldığı müşahidə edilir.
Sağlamlıq
22 Dekabr , 2023 14:32
Afaq Əliyeva: Son günlərdə peyvəndlənmə ilə əlaqədar qızılca xəstəliyinin azaldığı müşahidə edilir

Son günlərdə peyvəndlənmə tədbirləri ilə əlaqədar qızılca xəstəliyinin azaldığı müşahidə edilir.

Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, Azərbaycanda aprel ayının son günlərindən etibarən qızılca xəstəliyi qeydə alınır.

"Bu xəstəlik noyabr-dekabr aylarında daha da artmağa başladı. Əsasən, peyvəndi olmayan uşaq və yeniyetmələr bu xəstəliyə yoluxur. Məktəblərdə də yoluxma halları müşahidə olunur. Təhsil müəssisələrində yoluxma halları aşkarlananda əks-epidemik tədbirlər görülür. İlk növbədə, xəstə məktəbdən kənarlaşdırılır. Bu xəstəliyin müəyyən olunduğu təhsil müəssisələrində dezinfeksiya tədbirləri həyata keçirilir. Həmin xəstəliyin müəyyən olunduğu sinif distant təhsilə keçir. Son günlərdə peyvəndlənmə tədbirləri ilə əlaqədar xəstəliyin azaldığını müşahidə edirik. Peyvənddən kənarda qalmış uşaqların siyahısı müəyyən olunur və onlar peyvəndə cəlb edilirlər. Valideynlər özləri də uşaqlarına peyvənd vurdurmaq üçün müraciət edirlər. Valideynlər bilməlidir ki, hər hansı bir uşaq peyvənddən kənarda qalırsa, onun xəstəliyi ağır keçir. Yeni illə əlaqədar kütləvi tədbirlər təşkil olunur. Biz valideyinlərə uşaqları bu tədbirlərdən kənar tutmağa və onların peyvəndlənməsinə diqqət etmələrini məsləhət görürük", - həkim qeyd edib.

Son xəbərlər

Orphus sistemi