“Baytarlıq haqqında” qanuna əsasən, baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
"Report" xəbər verir ki, AQTA tərəfindən ümumilikdə 3 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub.
Qeydiyyata alınan baytarlıq preparatlarından 2 ədədi Almaniya, 1 ədədi isə İordaniya istehsalıdır.
№ |
İstehsalçı ölkə |
İstehsalçı şirkət |
Baytarlıq preparatı |
1 |
İordaniya |
Shafaq İndustrial Company for Veterinary Drugs& Feed Additives (Shafavet) |
"Shafa Levozan" suspenziya |
2 |
Almaniya |
Stockmeier Chemie GmbH&Co.KG |
Lerasept Vet 300 |
3 |
Almaniya |
Stockmeier Chemie GmbH&Co.KG |
Lerapur SR 115 |