1 000 ədəd bioloji fəallığa malik qida əlavəsi istehlaka yararsız oldu

1 000 ədəd bioloji fəallığa malik qida əlavəsi istehlaka yararsız oldu AQTA tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir
Sağlamlıq
10 Fevral , 2021 17:48
1 000 ədəd bioloji fəallığa malik qida əlavəsi istehlaka yararsız oldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

"Report" xəbər verir ki, Rumıniyadan Azərbaycana “Jala Pharma” MMC tərəfindən idxal edilən 1 000 ədəd 76 kq-lıq BİO SELEN ZN 30 CPS əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalların (qurğuşun (Pb), kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlak üçün yararsız olduğu aşkarlanıb.

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı müvafiq qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi