Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü Türkiyədə son bir gündə 76 nəfər pandemiyanın qurbanı olub.
Region
4 Aprel , 2020 21:47
Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü

Türkiyədə son bir gündə 76 nəfər pandemiyanın qurbanı olub.

"Report" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 501 nəfərə yüksəlib.

Nazir deyib ki, koronavirusa yoluxanların sayı son 24 saat ərzində 3 013 nəfər artaraq 23 934 nəfərə çatıb. 

Eyni zamanda 1 311 pasiyentin vəziyyəti ağır olsa da, 786 xəstə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 172 889-a çatıb. Bunların 242 100 nəfəri sağalıb, 62 829 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi