Türkiyədə koronavirus qurbanlarının sayı 4 630 nəfərə çatıb

Türkiyədə koronavirus qurbanlarının sayı 4 630 nəfərə çatıb Türkiyədə son sutkada daha 988 nəfərdə koronavirus aşkarlanıb.
Region
4 İyun , 2020 21:42
Türkiyədə koronavirus qurbanlarının sayı 4 630 nəfərə çatıb

Türkiyədə son sutkada daha 988 nəfərdə koronavirus aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da COVID-19-a yoluxanların ümumi sayı 167 40 nəfərə çatıb.

Son sutkada 21 nəfər koronavirusdan ölüb. Beləliklə ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 630 nəfərə çatıb.

Bununla yanaşı, ötən gün 926 nəfər sağalaraq evə buraxılıb. Pandemiya ərzində koronavirusdan sağalanların ümumi sayı 131 778 nəfərə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi