Türkiyədə bir gündə koronavirusdan 44 nəfər vəfat edib - STATİSTİKA
Region
- 17 may, 2020
- 16:32
Bu gün Türkiyədə koronavirusa daha 1 368 yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında xəbər verib.
Nazir bildirib ki, son bir gündə COVID-19-dan 44 nəfər vəfat edib. Beləliklə, pandemiya ərzində ölkədə virusdan ölənlərin sayı 4 140 nəfər təşkil edir.
Türkiyədə virusa yoluxmuş daha 1 825 nəfər sağalaraq evə buraxılıb. Bununla da virusdan sağalanların ümumi sayı 109 962 nəfərə çatıb. Son bir gündə koronavirusla bağlı 35 369 test aparılıb. Beləcə, ölkədə koronavirusla bağlı aparılan analizlərin sayı 1 624 994-ə çatıb.
Son xəbərlər
18:02
Uşakov: Vaşinqton Floridada keçirilən ABŞ-Ukrayna danışıqlarının yekunları barədə Moskvaya məlumat verib
Digər ölkələr18:02
Hakan Fidan Çin və daha üç ölkədən olan həmkarları ilə regiondakı gərginliyi müzakirə edib - YENİLƏNİB
Xarici siyasət17:56
Video
Mikael Forrest: Kanaklar müstəqillik uğrunda siyasi mübarizəni davam etdirəcəklər
Digər ölkələr17:54
Azərbaycanda 2 ayda istehsal edilən etilenin həcmi açıqlanıb
Sənaye17:47
"Arsenal"ın müdafiəçisi Ben Uayt yayda klubunu dəyişə bilər
Futbol17:36
Ukraynalı deputat: Ölkə bütün ssenarilərə hazır olmalıdır
Digər ölkələr17:27
Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb
Biznes17:16
Harri Mitsidis: "NomadMania" səyyahlar klubu Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcək
Qarabağ17:11