“Türkiyənin heç bir ölkənin torpaqlarında, heç bir cəmiyyətin azadlığında gözü yoxdur”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”dakı çıxışında deyib.
Onun sözlərinə görə, terrorçularla bir masaya başqaları otura bilər: "Bu, bizi maraqlandırmır. Biz terror qruplaşması ilə masaya oturmadıq və oturmayacağıq. Başqaları otura bilər, ancaq bu bizi maraqlandırmır. Bir tərəfdən terrorçulara qarşı mübarizə deyəcəklər, digər tərəfdən də terrorçuları ərköyünləşdirəcəklər".
"Silah dolu 30 min TIR-ı kimə göndəriblər? Bunların çıxışında vurğuladıqları budur: “Bizim dollarımız var”, “neftimiz var”. Mən inanıram ki, fikir azadlığı dollara dəyişdirilməyəcək. Beynəlxalq ictimaiyyətdən iqtisadi, siyasi və sosial dəstək gözlədiyimiz halda, bu addımı atmadılar. Terrora qarşı mübarizənin bizimlə bitəcəyini iddia edənlər yanılırlar. Bu, bir gün onların da qapısında olacaq.