Rusiyada koronavirusa yoluxanların sayı 12 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 12 minə çatır Rusiyada son bir gündə 1 786 nəfərə koronavirus diaqnozu qoyulub, 18 nəfər virusun qurbanı olub.
Region
10 Aprel , 2020 11:33
Rusiyada koronavirusa yoluxanların sayı 12 minə çatır

Rusiyada son bir gündə 1 786 nəfərə koronavirus diaqnozu qoyulub, 18 nəfər virusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 11 917 nəfərə, ölənlərin sayı 94-ə, sağalanların sayı isə 795 nəfərə çatıb.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada qeydə alınıb - 1 124. Beləliklə, Moskvda qeydə alınmış yoluxma hallarının sayı 7 822-yə çatıb. 

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 969 nəfəri sağalıb, 95 765 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi