MDB-nin dövlət başçıları Qələbə Paradına dəvət olunacaq

Region
  • 27 may, 2020
  • 12:58
MDB-nin dövlət başçıları Qələbə Paradına dəvət olunacaq
Dmitri Peskov

Moskva şəhərində iyunun 24-də keçiriləcək Qələbə Paradına MDB ölkələrinin rəhbərlərini dəvət etmək nəzərdə tutulur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, ənənəvi olaraq mayın 9-da keçirilən Qələbə Paradı koronavirus pandemiyası səbəbindən təxirə salındı. Parada ilkin olaraq bir çox ölkələrin başçıları, beynəlxalq təşkilatların rəhbərləri dəvət edilmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti