Mixeil Saakaşvili Ukrayna ərazisindən çıxarılıb - VİDEO

Mixeil Saakaşvili Ukrayna ərazisindən çıxarılıb - VİDEO Ukrayna Dövlət Sərhəd Xidməti xəbəri təsdiqləyib
Region
12 Fevral , 2018 19:55
Mixeil Saakaşvili Ukrayna ərazisindən çıxarılıb - VİDEO
Mixeil Saakaşvili

Bakı. 12 fevral. REPORT.AZ/ Mixeil Saakaşvili Ukrayna ərazisindən çıxarılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bundan öncə qaldığı ölkəyə - Polşaya göndərilib.

Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) xəbəri təsdiqləyib.


***17:52

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdəki restoranlardan birində saxlanılıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə siyasətçinin silahdaşı, Ukrayna Ali Radasının üzvü Yuri Derevyanko bildirib.

Onun sözlərinə görə, M.Saakaşvilini "Suluquni" restoranında xüsusi təyinatlı dəstə saxlayıb.

Artıq M.Saakaşvilinin saxlanılması faktını Ukrayna Daxili İşlər Nazirliyindən də təsdiq ediblər.

Son xəbərlər

Orphus sistemi