Rusiyalı həmkarı ilə telefon danışığından sonra Ermənistan XİN başçısının qan təzyiqi qalxıb
Region
- 25 may, 2019
- 08:07
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra arterial təzyiqi yüksəlib.
“Report” xəbər verir ki, bunu “168 jam” qəzeti yazıb.
Bildirilib ki, ötən həftə Z.Mnatsakanyan iş yerində özünü pis hiss edib. Ermənistanın Xarici İşlər Nazirliyinə təcili tibbi yardım çağırılıb. Həkimlər onun arterial təzyiqinin birdən artdığını müəyyən ediblər.
“XİN-dən olan mənbə təsdiqləyib ki, Zöhrab Mnatsakanyanın təşəbbüsü ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Danışıq çox çətin və ağır keçib. Telefon danışığının detalları hələ ki məlum deyil. Bununla belə, danışığın ermənistanlı nazir üçün arzuedilməz istiqamətdə keçdiyi göz önündədir”, - qəzet vurğulayıb.
Son xəbərlər
09:58
"Yelo Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə09:55
Foto
Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb
Fərdi09:47
Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına "mygov" platformasında baxa biləcəklər
İKT09:44
Foto
Astrofizika kafedrası: Maqnit qasırğası gözlənilir
Elm və təhsil09:44
Masallının bəzi ərazilərində işıq olmayacaq
Energetika09:40
Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək
Region09:38
"Napoli" klubu 38 ildən sonra rekordunu təkrarlayıb
Futbol09:34
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Hadisə09:34
Foto