İranda ticarət mərkəzləri və mağazalar açıldı
Region
- 20 aprel, 2020
- 11:10
Bu gündən etibarən İran hökuməti koronavirusla əlaqədar tətbiq edilən sərt karantin rejimini yumşaltmağa başlayıb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, artıq beynəlxalq magistral yollar, həmçinin ticarət mərkəzləri və mağazalar açılıb.
Obyektlər yerli vaxtla saat 18:00-dək fəaliyyət göstərə biləcək.
Bununla belə, restoran, idman zalı və digər ictimai müəssisələrin fəaliyyəti hələlik bərpa edilməyib.
Ramazan ayının gəlməsinə baxmayaraq, məscid və digər dini obyektlər də bağlı olaraq qalır.
Xatırladaq ki, rəsmi məlumata görə, İranda indiyədək koronavirusa yoluxanların sayı 83,5 mini ötüb. Bunlardan 59 273 nəfər virusdan sağalsa da, 5 209 nəfər ölüb.
Son xəbərlər
00:54
İshaq Dar iranli həmkarı ilə son hadisələr ətrafında fikir mübadiləsi aparıb
Region00:27
Video
Qərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edilib?
Daxili siyasət00:12
Video
Pezeşkian Qızıl Aypara Cəmiyyətinə təşəkkür edib
Region23:56
İran ABŞ-nin bazalarına PUA-larla hücum edib
Region23:44
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr23:28
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
Digər ölkələr23:20
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
İnfrastruktur23:13
Dövlət Komitəsi: Gəncədə xəstəxanaya təhvil verilən azyaşlı aidiyyəti qurumların nəzarəti altındadır - YENİLƏNİB
Hadisə23:04