İranda zəlzələ zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - 2

İranda zəlzələ zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - 2 İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 16-ya çatıb.
Region
24 May , 2020 18:13
İranda zəlzələ zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - 2

İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 16-ya çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Təcili Yardım Xidməti məlumat yayıb.

"Bir nəfərə yerindəcə tibbi yardım göstərilib, daha 15 nəfər tibb mərkəzlərinə göndərilib", - deyə tibbi yardımın saytında bildirilir. Xidmət qeyd edib ki, bütün xəsarət alanlar zəlzələ zamanı qorxub qaçarkən xəsarət alıblar.

Qeyd edək ki, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.


***17:37

İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “İSNA” agentliyinə açıqlamasında Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mehdi Valipur bildirib.

Onun sözlərinə görə, həmin şəxslər zəlzələ zamanı qaçarkən xəsarət alıblar.

Öz növbəsində ölkənin təcili yardım xidməti bildirib ki, xilasetmə xidmətləri zəlzələ nəticəsində kənd və qəsəbələrə dəyən zərərləri hesablayır. Lakin xidmət zərərçəkənlər barədə məlumat verməyib.


14:10***

İranda növbəti dəfə zəlzələ baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi