İran tankerinin saxlanılmasına görə Böyük Britaniyaya etiraz edib

Region
  • 04 iyul, 2019
  • 16:14
İran tankerinin saxlanılmasına görə Böyük Britaniyaya etiraz edib

İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Robert Makeirə qəti etirazını bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İran XİN-in sözçüsü Abbas Musəvi Böyük Britaniya hərbi gəmiləri tərəfindən İran tankerinin “qanunsuz saxlanılması” ilə bağlı səfirin XİN-ə dəvət olunduğunu bildirib.

Bundan əvvəl Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökumətinin Suriyaya xam neft daşıyan “Grace 1” tankerini saxladığı açıqlanmışdı.

Tankerin ABŞ hökumətinin xahişilə saxlanıldığı qeyd olunur.