Cəbəllütariqin liman nümayəndələri və polisinin Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Donanması ilə birgə keçirdiyi əməliyyatda Suriyaya qeyri-qanuni yolla xam neft daşıyan supertankeri saxlanılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Fabian Pikardo bildirib.
"Grace 1" gəmisi
Məlumata görə, yük Suriyanın Banyas şəhərindəki neft emalı zavoduna çatdırılmalı idi. Tanker iki milyon barel xam neft daşıyırdı.