İran tankerinin saxlanılmasına görə Böyük Britaniyaya etiraz edib

İran tankerinin saxlanılmasına görə Böyük Britaniyaya etiraz edib İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Robert Makeirə qəti etirazını bildirib.
Region
4 İyul , 2019 20:14
İran tankerinin saxlanılmasına görə Böyük Britaniyaya etiraz edib

İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Robert Makeirə qəti etirazını bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İran XİN-in sözçüsü Abbas Musəvi Böyük Britaniya hərbi gəmiləri tərəfindən İran tankerinin “qanunsuz saxlanılması” ilə bağlı səfirin XİN-ə dəvət olunduğunu bildirib.

Bundan əvvəl Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökumətinin Suriyaya xam neft daşıyan “Grace 1” tankerini saxladığı açıqlanmışdı.

Tankerin ABŞ hökumətinin xahişilə saxlanıldığı qeyd olunur.

Son xəbərlər

Orphus sistemi