İran Prezidenti: “Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq”

Region
  • 31 oktyabr, 2018
  • 10:35
İran Prezidenti: “Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq”

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

“Xalq bilməlidir ki, hökumət ABŞ-ın hədələrindən qorxmur”, - o vurğulayıb.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.

Qeyd edək ki, bu ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.