Bakı. 25 sentyabr. REPORT.AZ/ "Noyabrın 5-də qüvvəyə minəcək tədbirlər paketindən sonra da İrana qarşı sanksiyalar tətbiq ediləcək".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı zamanı bildirib.
O, terrorizmin sponsoru hesab etdikləri İrana qarşı iqtisadi təzyiqlərin davam edəcəyini vurğulayıb: “Biz İran neftini idxal edən ölkələri bundan çəkindirmək üçün çalışırıq. Terrorizmin sponsorluğu üzrə dünya liderinə dünyada ən təhlükəli silah yaratmasına yol verə bilmərik”.
D.Tramp həmçinin İslam Respublikası rəhbərliyini korrupsiyada ittiham edərək dünya ictimaiyyətini İran xalqını dəstəkləməyə çağırıb.