Gürcüstanın telekanalları kiber hücuma məruz qalıb
Region
- 28 oktyabr, 2019
- 16:05
Gürcüstanın “İmedi”, “Maestro”, GDS telekanalları kütləvi kiber hücuma məruz qalıb.
“Report” xəbər verir ki, “İmedi” TV-nin Xəbərlər xidmətinin rəhbəri İrakli Çixladze “Facebook” səhifəsində hücum səbəbindən daxili şəbəkələrinin 20 dəqiqə ərzində iflic olduğunu, material ala bilmədiklərini, hazırda da məhdud rejimdə çalışdıqlarını bildirib.
Gürcüstanın İctimai Televiziyasının rəhbərliyi də kiber hücum haqqında məlumat yayıb. Belə ki, bir müddət kanalın saytı və şəbəkəsi, habelə radiosu fəaliyyət göstərməyib.
Xatırladaq ki, bu gün Gürcüstan prezidenti Salome Zurabişvilinin də rəsmi saytı hakerlər tərəfindən dağıdılıb.
Son xəbərlər
10:19
Naxçıvanda vergi daxilolmaları 8 %-dən çox artıb
Maliyyə10:15
Siyasət Əsgərov: "Andorra ilə səfər matçını unudub evdəki oyuna köklənməliyik"
Futbol10:14
Azərbaycanda I rübdə 2 522 radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə alınıb
İKT10:10
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 2 dəfədən çox artıb
Maliyyə10:09
"Bank Respublika" I rübün yekununda sektorun drayveri statusunu təsdiqləyib
Maliyyə10:08
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Digər ölkələr10:06
Azərbaycanın futzal millisi Qazaxıstanla ikinci yoldaşlıq oyununa çıxacaq
Futbol10:04
Bu gün Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası olacaq
Biznes09:52