Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Region
- 05 mart, 2020
- 19:11
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı 9 hal təsdiqlənib.
“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda xəbər verilib.
Məlumata görə, karantində 162 nəfər saxlanılır.
Qeyd edək ki, qonşu ölkədə daha əvvəl 4 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Bunların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Son xəbərlər
23:05
Hakan Fidan: ABŞ-İran əlaqələri Türkiyə ilə koordinasiya olunur
Region22:57
Əraqçi: İsrail İranın nüvə obyektlərinə zərbələr endirib
Region22:40
İsrail İranın uran filizi konsentratının istehsalı zavoduna hücum edib
Region22:25
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 %-ni təşkil edir - YENİLƏNİB
Ekologiya22:13
Pakistan və Türkiyənin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Region21:56
SEPAH: ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutulub, ölənlər var
Region21:40
Foto
Ayxan Abbasov: "Növbəti matça daha ciddi hazırlaşacağıq"
Futbol21:26
Foto
Stern Con: "Azərbaycan yığması ilə matçda böyükhesablı məğlubiyyət gözləmirdik"
Futbol21:10
Foto