Gürcüstan prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb

Region
  • 21 oktyabr, 2018
  • 16:46
Gürcüstan prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb

Tbilisi. 21 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezidentliyə namizədliyi qeydə alınmış iki siyasətçi namizədliyini geri götürüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, həmin namizədlər “Ənənəviçilər birliyi”ndən Akaki Asatiani və “Xristian-demokratlar hərəkatı”ndan Vaxtanq Qabuniyadır.

Onlar namizədliklərini “Azad Gürcüstan” partiyasının prezidentliyə namizədi Kaxa Kukavanın xeyrinə geri götürüblər.

A.Asatiani və V.Qabuniya tərəfdarları və seçicilərini K.Kukavanı dəstəkləməyə çağırıblar.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Yerli qanunvericiliyə görə, namizədliyin geri götürülməsi müddəti oktyabrın 16-da başa çatıb. Seçki bülletenlərində namizədlikləri qeydə alınmış 25 namizədin hamısının adı qeyd olunacaq.

Bundan əvvəl Gürcüstanda 200-dən çox seçki məntəqəsi üçün seçki bülletenlərinin Azərbaycan dilində çap olunacağı məlumat verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti