Yuxarı
    Bağlamaq

    Ermənistanın Belarusdakı səfiri bloqqer Lapşin məsələsinə görə geri çağırılmağını düzgün hesab etmir

    Biz bu vəziyyətdən daha yaxşı çıxış yolu tapmağa çalışmalıyıq

    Bakı. 8 fevral. REPORT.AZ/ Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan, Minskin Dağlıq Qarabağa qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinlə bağlı tutduğu mövqeyə baxmayaraq, səfirin bu ölkədən demarş olaraq geri çağırılmasını, həmçinin bu kimi addımları düzgün hesab etmir.

    "Report" xəbər verir ki, bunu Ermənistanın Belarusdakı səfiri "Azadlıq" radiosunun erməni bürosuna açıqlamasında bildirib.

    "Biz diplomatik münasibətləri saxlamalıyıq, çünki bir sıra beynəlxalq təşkilatlarda birgə hərəkət edirik, biz bu vəziyyətdən daha yaxşı çıxış yolu tapmağa çalışmalıyıq", - deyə Armen Xaçatryan bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi