Ermənistanda daha 65 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 932-yə yüksəlib.
Məlumata görə, ölkədə virusdan ümumilikdə 30 nəfər ölüb.
Qeyd edək ki, aprelin 28-nə olan məlumata görə, ölkədə bir gündə 59 yoluxma faktı və 1 ölüm qeydə alınmışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 139 000-i ötüb. Bunların 959 224 nəfəri sağalıb, 218 024 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.