Ekaterina Tikaradze: “Marneuli və Bolnisidə karantin ləğv olunacaqdı”

Ekaterina Tikaradze: “Marneuli və Bolnisidə karantin ləğv olunacaqdı” “Biz Marneuli və Bolnisidə ciddi karantin rejiminin tədricən ləğvi ərəfəsində idik”.
Region
24 Aprel , 2020 00:04
Ekaterina Tikaradze: “Marneuli və Bolnisidə karantin ləğv olunacaqdı”

“Biz Marneuli və Bolnisidə ciddi karantin rejiminin tədricən ləğvi ərəfəsində idik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze ölkənin Birinci kanalının efirində bildirib.

Nazir iki gün əvvəl Marneulidə keçirilən aksiyanın yaxşı hal olmadığını deyib: “Məhz bu konkret hadisəyə görə biz Marneulidə əlavə tədbirlər həyata keçirməli olacağıq. Müəyyən vaxt sonra rayonda əhalinin hərarətinin təkrar ölçülməsi və əlavə testlərin aparılması mümkündür”.

Qeyd edək ki, iki gün əvvəl Marneulidə bir neçə kəndin sakini yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçirərək karantin rejiminin ləğvi və yolların açılmasını tələb ediblər. Rayonda ciddi karantin rejimi martın 23-dən tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi