Kurban Berdıyev: "Kəpəz"lə matçda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm"
Futbol
- 09 fevral, 2026
- 21:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 4 gün əvvəl Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə oyununda baş verənlərə görə üzr istəyib.
"Report"un məlumatına görə, bu barədə Tovuz təmsilçisinin çalışdırıcısı mətbuat konfransında danışıb.
Mütəxəssis sözügedən məsələ və Misli Premyer Liqasının XIX turunda "Karvan-Yevlax"a 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:
"İlk olaraq kubok oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosional və yolverilməz hərəkət idi. Matça gəlincə, birinci hissədə çoxlu qol imkanlarımız oldu. İkinci qolu vurub oyunu bir qədər asanlaşdırmaq istəyirdik. Təəssüf ki, ikinci qolu vura bilmədik və sonluq bir qədər əsəbi alındı".
Son xəbərlər
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:58
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb
Komanda
23:49
A Seriyasının lideri "Latsio" səfərdə "Sassuolo"nu darmadağın edib
Futbol
23:32
NYT: ABŞ dizel tədarükünə görə RBİF-dən sanksiyaların götürülməsini müzakirə edir
Digər ölkələr
23:29
Vuçiç: Serbiyanı çətin dövr gözləyir
Digər ölkələr