Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlılar yaşayan kəndin problemləri ilə tanış olub

Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlılar yaşayan kəndin problemləri ilə tanış olub Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qori rayonuna səfər edib.
Region
16 Aprel , 2019 11:53
Azərbaycanın Gürcüstandakı səfiri azərbaycanlılar yaşayan kəndin problemləri ilə tanış olub

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qori rayonuna səfər edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində səfir Qori meri Konstantin Tavzaraşvili ilə birgə Tedotsminda kəndində yaşayan azərbaycanlılarla görüşərək onların problemləri ilə maraqlanıb.

Görüşdə bildirilib ki, kənddə bayır işıqlandırma sistemi quraşdırılır və layihə yaxın zamanlarda başa çatdırılacaq. Tedotsmindada bu il həmçinin kənd qəbirstanlığında hasarlanma işləri həyata keçiriləcək.

Bu il kənddə ibtidai məktəb üçün yeni bina da tikiləcək.

Qeyd olunub ki, Tedotsmindada qazlaşdırma işləri başa çatdırılıb, su təminatı ilə bağlı problemin həlli və daxili suvarma kanallarının təmizlənməsi istiqamətində tədbirlər həyata keçirilir.

Kənd sakinləri ilə görüşdə Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi