Zurabişvili müxalifəti, seçkilərdə qələbə qazanacağı təqdirdə, fəaliyyət planı imzalamağa çağırıb

Zurabişvili müxalifəti, seçkilərdə qələbə qazanacağı təqdirdə, fəaliyyət planı imzalamağa çağırıb Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifət partiyalarını birləşməyə və “Gürcüstan Xartiyasını” imzalamağa dəvət edib.
Region
27 May , 2024 02:42
Zurabişvili müxalifəti, seçkilərdə qələbə qazanacağı təqdirdə, fəaliyyət planı imzalamağa çağırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifət partiyalarını birləşməyə və “Gürcüstan Xartiyasını” imzalamağa dəvət edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısı Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, müxalifət qalib gələrsə, parlament xartiyadakı bəndləri, o cümlədən “ölkənin Avropa kursuna ziyan vuran” qanunların ləğvini, Daxili İşlər Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində və digər qurumlarda islahatları , eləcə də Seçki Məcəlləsinə dəyişikliklər gerçəkləşdirməli olacaq.

Prezident bildirib ki, hökumət siyasi partiyaların nümayəndələrindən deyil, prezidentin özü tərəfindən təsdiqlənəcək. Onlar peşəkarlığı ilə seçilən insanlardan formalaşacaq və bütün bəndlər yerinə yetirildikdən sonra parlament növbədənkənar seçkilər keçirməli olacaq.

Zurabişvili vurğulayıb ki, xartiyaya qoşulmaq nə vahid siyahı, nə də başqa zəruri siyasi birlik tələb etmir və nəzərdə tutmur.

Son xəbərlər

Orphus sistemi