Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.
Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, Rusiya yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.
"Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz. Bundan ötrü hamımızı məhv etmək lazımdır, onda onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verməklə bağlı. Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən, Prezident, biz bunu edə bilərik”, - Zelenski qeyd edib.
Dövlət başçısı qeyd edib ki, Ukrayna və Rusiya arasında danışıqlarda yekun kompromislər referendumla həll olunacaq. Bu, təhlükəsizlik təminatları, Donbas və Krımın müvəqqəti işğal olunmuş ərazilərinə aiddir.
"Cavab çox sadədir. Biz artıq hər şeyi başa düşürük. Bizi (NATO-ya-red) Rusiyadan qorxduqları üçün götürmürlər. Vəssalam. Bizə isə sakitləşmək, “yaxşı, başqa təhlükəsizlik zəmanətləri” vermək lazımdır. Təhlükəsizliyin təminatçısı olmaq istəyən NATO ölkələri var, onlar təəssüf ki, bizi Alyansa 100 % üzvlüklə təmin edə bilmirlər, üzv olsaydıq, onlar NATO-nun etməli olduğu hər şeyi etməyə hazırdırlar. Və məncə, bu, normal kompromisdir”, - Ukrayna lideri əlavə edib.