Zelenski G7 liderlərinin onlayn görüşünün açılışında iştirak edəcək

Zelenski G7 liderlərinin onlayn görüşünün açılışında iştirak edəcək Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn görüşünün açılışında iştirak edəcək.
Region
22 Fevral , 2023 12:21
Zelenski G7 liderlərinin onlayn görüşünün açılışında iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn görüşünün açılışında iştirak edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno məlumat verib.

O bildirib ki, görüşün əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.

H.Matsuno G7 liderlərinin danışıqlarında Ukraynadakı vəziyyətin diqqət mərkəzində olacağına əminliyini ifadə edib, lakin qarşıdan gələn onlayn görüşün gündəliyinin təfərrüatını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi