Türkiyəli diplomat Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib

Türkiyəli diplomat Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib Türkiyənin Rusiyadakı keçmiş səfiri, diplomat Ümit Yardım Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib.
Region
17 may 2024 05:08
Türkiyəli diplomat Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib

Türkiyənin Rusiyadakı keçmiş səfiri, diplomat Ümit Yardım Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

O bildirib ki, Fransa müstəmləkəçilik tarixinin ən əsas nümunələrindəndir: “Fransa Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qəzəblənib”.

Diplomat, həmçinin yeni dünya nizamının formalaşdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerald Darmanan “France-2” telekanalına müsahibəsində Yeni Kaledoniyada baş verən iğtişaşlara görə Azərbaycanı ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək qeyd edib ki, bunlar əsassız ittihamlardır.

Son xəbərlər

Orphus sistemi