Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Levent Eler beynəlxalq ictimaiyyəti terrorla mübarizədə Ankaraya dəstək verməyə çağırıb.
“Report” “Star”a istinadən xəbər verir ki, o, bu barədə BMT-nin Vyana ofisində təşkil olunan cinayətlərin qarşısının alınması və cinayət mühakiməsinə dair toplantıda çıxışı zamanı deyib.
Diplomat Türkiyənin PKK/KCK/PYD-YPG, FETÖ və İŞİD kimi bir çox terror təşkilatlarına qarşı mübarizə apardığını xatırladıb.
“Terror təşkilatlarının uzantıları fərqli adlarla müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Türkiyənin onlara qarşı mübarizəsi qətiyyətlə davam etdirilir. Terror beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir. Ona görə beynəlxalq ictimaiyyətdən qəti mövqe və həmrəylik gözləyirik”, - diplomat bildirib.