Türkiyəli nazir: TDT regiondakı sülh və sabitliyə ciddi töhfə verir

Türkiyəli nazir: TDT regiondakı sülh və sabitliyə ciddi töhfə verir Türk Dövlətləri Təşkilatı (TDT) regiondakı sülh və sabitliyə ciddi töhfə verir.
Region
17 may 2024 12:07
Türkiyəli nazir: TDT  regiondakı sülh və sabitliyə ciddi töhfə verir

Türk Dövlətləri Təşkilatı (TDT) regiondakı sülh və sabitliyə ciddi töhfə verir.

“Report” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş TDT-yə üzv ölkələrin sosial siyasət nazirlərinin birinci toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, TDT bu gün dünyada sayılıb-seçilən təşkilatlardan biridir.

Nazir qeyd edib ki, TDT ölkələri arasında əməkdaşlıq ailə və sosial xidmətlər sahəsində də inkişaf etdirilir: "Bundan sonra da bu istiqamətdə ortaq işlər görəcəyik".

Onun sözlərinə görə, TDT-yə üzv ölkələr ailə dəyərlərinin gücləndirilməsi istiqamətində işlərin görülməsini planlaşdırır: “Çünki ailələrin güclənməsi həm də qadın və uşaqların güclü fərd olaraq cəmiyyətdə yer tutması deməkdir”.

Son xəbərlər

Orphus sistemi