Zaxarova: 1500 fransız hərbçi Ukraynaya göndərilə bilər

Zaxarova: 1500 fransız hərbçi Ukraynaya göndərilə bilər Təxminən 1,5 min nəfərdən ibarət Fransa hərbçiləri Ukraynaya göndərilmək üçün aprel ayında döyüşə hazır vəziyyətə gətirilə bilər.
Region
3 Aprel , 2024 14:55
Zaxarova: 1500 fransız hərbçi Ukraynaya göndərilə bilər
Mariya Zaxarova

Aprel ayında təxminən 1,5 min nəfərdən ibarət fransız hərbçi Ukraynaya göndərilmək üçün döyüşə hazır vəziyyətinə gətirilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Parisin Ukraynaya göndərmək üçün hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır. Bu məqsədlər üçün Fransa xarici legionunun komandanlığı martın əvvəlində təxminən 1500 nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib”, - o bildirib.

Onun sözlərinə görə, aprel ayında qrupun tam döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi gözlənilir:

"Fransa tarixinin qaranlıq səhifələrini unutmalı olduğu halda, bunun əksini edir. Söhbət Ukraynadan gizli şəkildə maddi-mədəniyyət abidlərinin, o cümlədən qədim Bizans kilsə ikonalarının daşınmasından gedir. İddia edirlər ki, bunlar qorunmaq üçün aparılıb".

Son xəbərlər

Orphus sistemi